“Kapitalizm faşizmə aparır – rədd olsun kapitalizm!”
Məqalənin başlığında verilmiş bu cümlə 1967 – 1969 – cu illərdə Qərbi Almaniya qiyamçı tələbələrinin məşhur şüarının altından Ulrike Maynhof ikiəlli qol çəkə bilərdi. Bu onun şüarı idi. Antifaşist mübarizənin əfsanə qadını, şüurlu surətdə “Almaniyanın ən parlaq jurnalistinin” firavan həyatından imtina edən (Çe Qevara kimi) insan və ideallarına həyatını qurban vermək üçün qerilla müharibəsinə başlayan, Ulrike Maynhof məhz bu həyat yolunu keçib. Kapitalist dövlətin “demokratiyasına” sadəlövh inamla birgə faşizmi, müharibəni və zorakılığı qəbul etməməkdən, bu ölkənin kriptofaşist olmasına, özündə faşizm daşıdığını (sadəcə o ehtiyac olmayana qədər faşizmi büruzə vermir) dərk etməyə qədər.
Əfsanənin həyatı: əfsanəyə qədər
Gələcəyin parlaq publisist və təbliğatçısı, parlamentdən kənar müxalifətin təşkilatçısı, siyasi mütəfəkkir, sonra isə “Rote Armee Fraktion*” (RAF) – ın liderlərindən biri olan Ulrike Mariya Maynhof 7 oktyabr 1934 – cü ildə Oldenburqda, nasist Almaniyasında sənətşünaslıq üzrə professor Verner Maynhofun ailəsində doğulub. 1936 – cı ildə balaca Ulrikenin atası Yena şəhər muzeyinin müdiri vəzifəsini alır və ailə ora köçür. Ulrikenin uşaqlığı orda keçir, orada ailəsi müharibəni və hitlerizmin iflasını görür. Lakin bundan əvvəl, 1939 – cu ildə Verner Maynhof ölür və ailənin maddi vəziyyəti sarsılır.
1946 – cı ildə Maynhofun ailəsi Yenadan Oldenburqa köçmək məcburiyyətində qalır: müharibə nəticəsində dağılmış Almaniyada qohumların dəstəyi az əhəmiyyətli kəsb etmirdi, qohumlar isə Oldenburqda yaşayırdılar. Yena işğalın sovet zonasında yerləşirdi, Oldenburq isə qərbdə. Beləliklə, Ulrike AFR – ə gəlib çıxır.
Oldenburqda həyat qaydaya düşməyə başlayır: şəhərdə Maynhofun ailəsini yaxşı tanıyırdılar, Ulrikenin anası, sənətşünas doktor (öz – özlüyündə bu hal o vaxt üçün nadir idi) olan İngeborq Maynhof hörmət sahibi idi. Gimnaziyada oxumaq Ulrike üçün çətin deyildi: onun möhtəşəm bacarığı var idi,həm də böyük bacısı çətinlik olanda kömək edirdi. Lakin 1948 – ci ildə bacıları yeni sarsıntı bürüyür: İngeborq Maynhof vəfat edir.
Bacılar üzərində qəyyumluğu kifayət qədər məşhur tarixçi, pedaqoq, xristian publisist olan xalaları Renata Rimek öz üzərinə götürür. R.Rimek əqidəli pasifist idi, sonralar o, “Almaniya sülh ittifaqı” pasifist partiyasının əsasını qoyanlardan biri olub. Ulrike çox şeyi qəyyumuna borcludur: o özünün antifaşizmini, qatı demokratlığını və zorakılığa nifrətini Ulrikeyə keçirir. R.Rimekin xristian – pasifist baxışlarının təsiri altında Ulrike hətta “Müqəddəs Mixail qardaşlığına” daxil olur, rahibə olmağa və həyatını müharibə zonalarında əziyyət çəkənlərə köməyə həsr etməyə hazırlaşır. R.Rimek həmçinin Ulrikeyə AFR – in heç nə ilə əsaslandırılmayan “ədalətli demokratik quruluşuna” , onun “möcüzəvi pasifist konstitusiyasına” inamı ötürür. Lakin Ulrike pasifist – professorun layiqli tələbəsi olur: xalası tərəfindən onun başına qoyulmuş bütün fikirləri Maynhof sona qədər düşünür və illüziyaları aradan qaldırır.
1952 – ci ildə Ulrike yenidən köçür. Onun yeni ünvanı R.Rimekin pedaqoji institutda professor vəzifəsi aldığı Veylburqa. Kifayət qədər böyük olan Oldenburqdan, proqressiv və intellektual aktiv Şimaldan, Hessen vilayətindəki kiçik ucqar Veylburqa köçməkləri Ulrikeni yerli gimnaziyada məşhurlaşdırır, o tezliklə məktəb şurasının üzvü olur, özünü ictimai fəaliyyətdə tapır, şəxsi fikrinin olmağı və onu açıq polemikada müdafiə etmək vərdişini qazanır.
1955 – ci ildə Ulrike kamillik attestatı almaq üçün imtahan verir və Marburq universitetində fəlsəfə, sosiologiya, pedaqogika və germanistika öyrənməyə başlayır. Həmin vaxtlar, gələcək şəhər partizanının düşüncəsinə güclü təsir edəcək çoxlu hadisələr baş verir: Adenauerin hökuməti əvvəlcə Almaniyanın birləşməsi şərtlərini tərtib edəcək ümumalman ittifaqının yaradılmasını,sonra isə Moskvanın Almaniyanın birləşdirilməsi, ölkə neytraliteti və remilitarizasiyadan imtina təkliflərini rədd etdi; hökumət AFR – in remilitarizasiyası məsələsi ilə bağlı referendumun keçirilməsini qadağan edir; öz konstitusiyasını pozaraq AFR NATO – ya daxil olur; hakimiyyət dövlət müəssisələrini antifaşist meylli kardlardan “təmizləməyə” başlayır; nasizm vaxtı təqib olunan şəxslərin birləşməsini qadağan edir və Almaniya Kompartiyasının parlamentə keçməsindən qorxaraq Almaniya Kommunist Partiyasının (KPD) qadağasıyla bağlı məhkəmə işinə baxmır. Maynhof isə hələ də sadəlövh şəkildə inanır ki, AFR – in quruluşu yaxşıdır, sadəcə olaraq hakimiyyətə “təsadüfən” “səhv adamlar” gəliblər – militaristlər və köhnə faşistlər.
Marburq – elə həmin Hessen vilayətində qədim universitet şəhəridir, ”evə”, Veylburqa çox yaxındır (əlbəttə ki, Frankfurt daha böyükdür, amma həm uzaqdır, həm də yol getmək rahat deyil), orda “özününkülər”,veylburqlular çox oxuyur, lakin bu şəhərin mühiti çox durğun və geridə qalmış idi – 1957 – ci ilin qış semestrində Ulrike Münster universitetinə keçir. Münster – Şimali Reyn – Vestfaliyada yerləşir, AFR – in sənaye mərkəzi olan Rurun yaxınlığında və nəhayət, bu “keçmişi olan şəhərdir”, məşhur Münster kommunasının şəhəri.
Həmin vaxtlar yenə də Ulrikeni daha azadlıqsevər mühit və özünü cəmiyyət üçün faydalı hiss edə biləcəyi bir yer axtarmağa məcbur edəcək bəzi hadisələr baş verdi: AFR – in “pasifist” konstitusiyasının əksinə olaraq Bonn hökuməti ümumi hərbi mükəlləfiyyət tətbiq edir və federal nazir Henrix fon Bretanonun diliylə “Almaniya məsələsinin” sülh yoluyla həll olunmasına qapıları bağlayaraq və ADR – i mövcud olma hüququndan məhrum edərək (ADR – in artıq mövcud olduğu isə sən demə əhəmiyyətsiz imiş) AFR – i “yeganə alman dövləti” elan edir; ölkə qızğın şəkildə silahlanmağa başlayır; Konstitusiya məhkəməsi KPD – ni qadağan edir,məmurlar isə tez bir halda guya ki “KPD – nin törəmə strukturları” kimi bir yığın antifaşist təşkilatı bu qadağaya uyğunlaşdırır.
Münsterdə Ulrike özünə həmfikirlər tapır. O,Almaniya Sosial – Demokrat Partiyasının (SPD) tələbə təşkilatı olan Almaniya Sosialist Tələbələr İttifaqının (SDS) yerli şöbəsi tərəfindən yaradılan universitetin “Nüvə ölümünə qarşı komitəsinin” spikeri olur. Gələn, 1958 – ci il Ulrike o vaxtlar heç də böyük və məşhur olmayan təşkilata – SDS sıralarına qoşulur.
SDS AFR – də tələbə, sol və müharibəyə qarşı hərəkatlarda böyük rol oynayan bir ittifaq idi. 1947 – ci ildə SPD tərəfindən yaradılmış bu təşkilat 50 – ci illərin ortalarından sonra daha da radikallaşırdı və deyəsən yeganə maraqlandığı məsələ “isteblişmentə” qoşulmaq olan SDP rəhbərliyinin sazişçi siyasəti farvaterinə əməl etməkdən imtina edirdi. 1959 – cu ilin sonuna qədər, yəni ki, SDP – nin yeni, əvvəlkindən xeyli sağ Qodesberq proqramını qəbul etməsinə qədər öz itaətsiz tələbə təşkilatı ilə münasibətləri o qədər də yaxşı olmasa da az – çox düzgün idi. 1960 – cı ildə isə SDS – dəki qiyamçıları “böyük” sosial – demokratlar maliyyə yardımından məhrum etdilər,sonra isə tamamilə partiyadan çıxardılar. 1961 – ci ildə SDP eyni vaxtda həm partiyaya, həm də SDS – yə üzv olmağın yolverilməz olduğunu bəyan etdi və SDS – in yerinə AFR Ali məktəb tələbələrinin Sosial – Demokratik İttifaqı (SHB) adlı yeni tələbə ittifaqı yaratdı, partiya rəhbərliyinə loyal olan və partiya pullarına düşgün kadrları ora köçürdü (düzdür,60 – cı illərin sonundan başlayaraq SHB də sollaşmağa başladı; SHB – ni nəzarətdə saxlamaq üçün SDP hətta ittifaq rəhbərliyini məcburi dəyişdirirdi). SDS sosial – demokratlardan azad olur, dərhal da “üçqat bərabərlik” (yəni, ali məktəblərin idarə olunmasında müdriyyət, müəllimlər və tələbələrin bərabərliyi) və əslində orta əsrdən qalmış, tələbələr üçün alçaldıcı olan “rəhbərlik” institutlarının ləğv olunması şüarlarını çıxardığı “Ali məktəb və demokratiya” adlı proqram sənədi ilə diqqət çəkir. Bu tələblər demək olar ki, dərhal AFR – in bütün tələbə təşkilatlarına yayılır.
Bu dövrdən başlayaraq SDS ölkənin tələbə hərəkatının avanqard təşkilatına və sağ KİV – in əsas təqib obyektinə çevrilir. Rəsmi olaraq 60 – cı illərdə SDS – də olmaq cəsarət göstəricisi idi, buna ancaq ən fədakar olanlar gedirdi. Buna görə də hətta 60 – ci illərin sonu – SDS – in çiçəklənmə dövründə ittifaqda rəsmi insan sayı 3 mindən çox deyildi. Əslində isə SDS – in o dövrdə nüfuzu 30 mini əhatə edirdi.
Məhz 1958 – ci ildən U.Maynhof siyasi döyüşçü, jurnalist və mütəfəkkir kimi aktiv fəaliyyətə başlayır. O eyni anda bir çox tələbə qəzetləri üçün ümumi olaraq nüvə silahı problemlərinə, xüsusən də nüvə silahlanmasına həsr olunmuş məqalələr yazır, pasifist nümayişlər təşkil edir, imza toplanmasında təşəbbüskar olur. Bu dövrdə R.Rimek hələ onunla fəxr edirdi.
1958 – cil 25 martda bundestaq AFR – in nüvə silahlanması haqqında qəbul etdiyi qərar Ulrikeni qızğın aktivliyə sövq edir. Tələbə etiraz kampaniyasının təşkilatçılarından biri olmaqla yanaşı, nüvə silahlanmasına qarşı referendum keçirilməsi üçün təşviqat aparır. O, hələ də sadəlövh şəkildə qanunun (xüsusilə konstitusiyanın) aliliyinə inanır, o hələ də başa düşmür ki, konstitusiya burjuaziyanın yalnız öz sinfi maraqlarına zidd gələnə qədər əməl etdiyi bir kağızdır.
Ulrikenin səyləri heç də, boşa getmir: 1958 – ci ilin mayında 11 alman universitetində güclü etiraz aksiyaları olur. Tələbələr insanlara nümunə göstərirlər. Nüvə əleyhinə çox böyük nümayişlər AFR – in şəhərlərini bir – bir bürüyür. Torpaq parlamentlərində (landtaqlarda) zəncirvari reaksiya başlayır: nüvə silahlanmasıyla bağlı referendum keçirilməsi məsələsi müzakirəyə qoyulur. Hamburq və Bremen artıq belə referendumların keçirilməsini qərarlaşdırır. Sosioloji sorğular göstərir: əhalinin 80% – i nüvə silahının əleyhinədir. Dərhal da isteblişment aydın şəkildə Ulrikeyə “Almaniya Demokratik Hökumətinin” necə olduğunu göstərir: referendumun keçirilməsinə qadağa qoyulur.
Ulrike baş verənləri dərhal anlamır. Hələ bir müddət konstitusiyada qeyd olunmuş vətəndaş hüquqlarının şərti olduğunu və Bonn hökumətinin öz konstitusiyasına əməl etmək fikrində olmadığını qəbul etməkdən imtina edərək o, öz yoldaşlarıyla birgə nüvə silahına qarşı mübarizəni davam etdirəcək. Lakin nüvə əleyhdarlarının mətbuat konfransında o, SDS – in “Konkret” adlı Hamburq jurnalının naşiri Klaus Rayner Röl ilə tanış olur. 1959 – cu ildən Ulrike uzun müddətə öz taleyini Röl və “Konkretlə” birləşdirir. 1960 – cı ildə “Konkretin” baş redaktoru olur, 1961 – ci ilin 27 dekabrında Röl ilə evlənir (1962 – ci ilin 21 sentyabrında əkiz uşaqları doğulur: Bettina və Regina).
Necə ki SDS unikal təşkilat idi,eləcə də “Konkret” unikal nəşriyyat idi. Onun 1955 – ci ildə Röl tərəfindən yerli sosial – demokratik tələbə bülleteni kimi əsası qoyulub və ilk əvvəl “Yekun müzakirələr” adlanırdı (tərəflərin məhkəmə iclasındakı yekun müzakirələri nəzərdə tutulurdu). Sonra bülletenin adı “Tələbə kuryeri” olaraq dəyişdirildi, 1957 – ci ilin oktyabrında isə adı “Konkret” (əslində,jurnalın hər yerində onun adı kiçik hərflərlə ”konkret” şəklində xüsusi hazırlanmış müvafiq loqotiplə yazılırdı, 1957 – ci ilin AFR – i üçün bu çox avanqard addım idi) olaraq dəyişdirilən aylıq jurnala çevrildi. ”Konkret” qəsdən öz qiyamçı imicini vurğulayırdı: çox böyük format, nümayişkaranə qalın kağız, ”qeyri – normal” şriftlər. Təəccüblüdür ki, sosial – demokratik bürokratiya bu qədər çox – yəni 1959 – cu ilə qədər bu “hoqqalara” dözdü.
Buna baxmayaraq,”Konkret” SDP rəhbərliyi ilə konfliktə SDS – dən əvvəl girmişdi: 1959 – cu ilin yanvarında Qərbi Berlində keçirilən tələbələrin nüvə silahına qarşı konqresində formal olaraq SDS – i təmsil edən “Konkret” qrupu SDP – nin rəsmi nümayəndələri ilə mübahisəyə girdi. Yalnız mübahisəyə girmədilər, həm də qalib gəldilər: U.Maynhofun qızğın çıxışlarının böyük təsiri olduğu konqresin yekun rezolyusiyasına ADR – lə danışıqlar aparılmasını tələb edən və Adenauer dövrünün antikommunizmini qınayan bəndlər əlavə olundu. Nəticədə, SDP “Konkretin” əməkdaşlarını SDS – dən çıxardı.
“Konkret” SDP – nin maddi yardımından məhrum olur, ”axına” düşürlər və çiçəklənirlər. Məhz o dövrdə, Maynhofun redaktorluğu altında jurnal o vaxta qədər AFR – də görünməmiş mədəni hadisəyə çevrilir. Tirajı 200 min nüsxəyə qədər artır (sol radikal nəşriyyat üçün bu çox inanılmaz idi), tələbələr sözün əsl mənasında jurnalı qapırdılar. SDP sol tərəfdən güclü tənqidçi qazanır – “konkret” təbliğatının təsiri altında SDS o qədər sollaşır ki, 1960 – ci ilin 20 iyununda SDP məcbur şəkildə onunla bütün əlaqələri kəsməli olur.
“Konkret” U.Maynhofun rəhbərliyi altında qətiyyən sırf tələbə nəşriyyatı deyildi. O,səhifələrində rəsmi mətbuatda mövcud olmayan parlaq və istedadlı publisitlərin ETİ və Bonn bürokratik aparatının öz nasist keçmişini gizləmək problemlərindən tutmuş ,“seksual inqilab” və “üçüncü dünyadakı” aclığa qədər dövrün ən aktual və mühüm məsələlərini müzakirə etdikləri tam hüquqlu jurnal idi. Klaus Rayner Röl Peter Rümkopfla birgə jurnalda dünya tənqidi təfəkkürünün ən yeni naliyyətləri haqda məqalələr çap edirdilər – qonşu səhifədə isə Hans Henni Yansın prozası və Lesli Mayerin istehzalı “Lirika sallaqxanası” nəşr olunurdu, məşhur Arno Şmidt və Robert Yunqk o vaxt heç kimin tanımadığı,gələcək Qərbi Alman jurnalistikasının ulduzu Hünter Valrafla birgə çap olunurdular.Yohannes Fontarın (onda hələ heç kim bunun elə həmin Rümkofun təxəllüsü olduğunu bilmirdi) öldürücü ədəbi tənqidi Karlhaynts Deşnerin sarkastik antiklerikal pamfletlətləri ilə yan – yana idi. Vaxt gələcək və “Konkretin” səhifələrində “qara pantera” Rep Braun və Paris qiyamçısı Daniel Kon – Bendit çap olunacaqlar.
Sonralar burjua jurnalistlər “Konkretin” inanılmaz uğurlarını necəsə izah etmək üçün “Şərqi Berlin pulları” variantını icad edəcəklər. Lakin ADR – in məhvindən sonra “ştazi” arxivlərindən “Konkretə” maddi yardım barədə heç bir sənəd tapılmadı. Əksinə,”sovet təcrübəsini” və “düzgün” Almaniya kompartiyasını tənqid edən ”ekstremist sol jurnalın” nüfuzunun artmasından narahatlıq ifadə olunan, ”Konkretə” qarşı kampaniya başlaması və ona “anarxizm” damğası yapışdırmaq tövsiyə olunan sənədlər tapıldı.
Maynhofun 1959 – cu ilin aprelində “Konkretdə” çap olunan ən birinci məqaləsi “Sülh tarix yaradır” adlanırdı. Artıq bu məqalədə Ulrike ötəri də olsa, sonralar daha ətraflı və məhsuldar şəkildə tədqiq etdiyi mövzuya müraciət etdi: Adenauerin Qərbi Almaniyasının mənəvi mühitinin dözülməz durğunluğu, dəhşətli avamlığı, son dərəcə meşşanlığı mövzusu. Sovetlər İttifaqı Aya ilk raketini buraxdı və orda öz vimpelini, ilk Yer artefaktını qoydu, Xruşov ABŞ – a gedərək ümumi nüvə silahsızlaşdırılması proqramını təklif etdi, Böyük Britaniya silahsızlaşdırmanın üç mərhələli planını irəli sürdü, dünya “soyuq müharibədən” yorulub və onunla qurtarmaq istəyir, – Ulrike yazırdı, Bonndakı siyasətçilər isə özlərinin Reynətrafı bataqlıqlarında oturublar və qorxu içində quruldayırlar: ah, bircə onlar silahsızlaşdırma haqda qərara gəlməsinlər, bircə bizim başımızın üstündən dəhşətli ADR – i tanımasınlar…
Maynhof “Konkretin” yalnız redaktoru yox, həm də köşə yazarına çevrilir. Demək olar ki, hər nömrə artıq onun sütunu ilə açılır. Ulrike öz redaksiya yoldaşları ilə birgə AFR – də, miskin meşşan “Adenauerlandiyada” sanki çoxdan unudulmuş və icrası mümkün olmayanı: mübariz, kəskin, hücuma keçən Veymars respublikası vaxtlarının parlaq sol jurnalistikasını dirçəltdi. Ulrike və onun yoldaşları hər şeyi öz adıyla adlandıraraq və riyakar Bonn qaydalarıyla (SDP də bu qaydalarla razılaşdı) oynamaqdan imtina edərək 60 – cı illərin birinci yarısı ərzində sadəcə olaraq AFR – in intellektual landşaftını dəyişdilər, yüksək maaşlı jurnalistlərin və titullu akademik ekspertlərin böyük kütləsini heç kimə lazım olmayan, heç kimin oxumadığı, heç nəyə təsir etməyən zir – zibilə çevirdilər. ”Ciddi” burjua mətbuatı və “ciddi” akademik elm özlərinin bütün pulları, tirajları, texniki imkanları ilə birgə gənc zəkalar uğrunda mübarizədə şən və mübariz, demək olar ki, samizdat sol radikal jurnala məğlub oldu. Belə olan halda isteblişment pulu bulvar mətbuata, Şpringer konserninə qoydu. Burada məlum oldu ki, o, “Konkretin” qalib gələ bilməyəcəyi düşməndir…
60 – ci illərin birinci yarısı Ulrike Maynhofun məşhurluğunun sürətlə artdığı illər idi. Məqalələr bir – birinin ardınca çıxır, mövqeyinin radikallığı, zərbələrin dəqiqliyi və arqumentasiyanın itiliyi “böyük KİV – ləri” və dövlət aparatını çımxırmağa məcbur edir, məşhur Bavariyalı revanşist, Xristian Sosial İttifaqın (CSU) lideri və o vaxt AFR – in müdafiə naziri olan Frans – Yozef Ştraus Maynhofu məhkəməyə verməklə onun şöhrətini daha da artırdı. Ulrikeyə davamlı olaraq şərhləri qadağa edir və TV – yə dəvət edirdilər. Verlişlərin bir qismində onu “siyasi heyvanxanadan olan meymun” kimi göstərirdilər: yəni ki, biz sizə indi möcüzə göstərəcəyik – qadın olmağı azmış kimi üstəlik jurnalistdir, özü də radikal. Digər – daha liberal verilişlərə Ulrikeni “alternativ nəzər nöqtənin” parlaq nümayəndəsi kimi və gənclər arasında verilişin reytinqini artırmaq (məlum idi ki,əgər Maynhof iştirak edirsə gənclər baxacaqlar) üçün dəvət edirdilər. Ulrike “Qərbi Almaniyanın ən parlaq qələm sahibi” kimi şöhrət qazanır, ona çoxlu qonorar gəlməyə başlayırdı. Belə görünür ki, onu bu cür həyat tərzinə öyrəşdirməyə və əhliləşdirməyə çalışırdılar. Başqaları ilə bu bəlkə də baş tutardı.Onunla isə yox.
Aydın deyil o hər şeyi necə çatdırırdı. Redaktə işi və məqalə yazmaqdan savayı nüvə silahı əleyhinə hərəkata, sonra da həmçinin hökumətin fövqaladə qanunvericilik yeritmək cəhdinə qarşı mübarizəyə çoxlu güc sərf edirdi. Sonralar Vyetnamla həmrəylik kampaniyası, görkəmli dövlət məmurlarının nasist keçmişlərinin ifşa olunmasında iştirak etmək, məhkəmlərə getmə, qadın hüquqlarını, xarici işçiləri, uşaqlarını tək böyüdən anaları, evsiz uşaqları qoruyan qruplara yardım əlavə olunacaq…
60 – cı illərin ortalarında Ulrike Maynhofun mövqeyi daha da radikallaşır. İlluziyalar yox olur – və təkcə onda yox. Lakin Ulrike tez – tez digər radikallaşan sollardan bir addım öndə gedir. O,hakimiyyətin müxalifətin fikrini sadəcə olaraq saymadığı, onunla müzakirəyə girmədiyi bir ölkədə yazmağa başlamışdı. U.Maynhof hesab edirdi ki, “demokratik konstitusiyon prinsipləri” qorumaq naminə hakimiyyəti müxalifətin mövcudluğunu, onun fikriylə hesablaşmaq və ya heç olmasa mübahisə etmək lazım olduğunu qəbul etməyə məcbur etmək lazımdır. Hökumət müxalifəti gördü, lakin polemika əvəzinə böhtana müraciət etdi. Ulrike istəyirdi ki, müxalifəti eşitsinlər – müxalifəti eşitdilər və onun üstünə Şpringerin “sarı” mətbuatını göndərdilər. Əvvəl nümayişçiləri saymırdılar, belə çıxır ki, indi sayırlar.
U.Maynhof hesab edirdi ki, vətəndaşların dərrakələrinə müraciət etmək və “oyanmaları”, özlərini vətəndaş kimi aparmağa başlamaları üçün onlara düzgün informasiyanı çatdırmaq kifayətdir. O səhv edirdi. Gözlərin açılması üçün təcrübə lazımdır. Təcrübə isə göstərdi ki, AFR – in əhalisi əsasən vətəndaşlardan yox, sakinlərdən (obıvatellərdən) ibarətdir və SDP – nin müharibədən sonrakı seçkilərdə müvəffəqiyyətsizliyi təsadüfi deyildi; bundesbürger nasizm illərində yaranıb və heç bir yerə yox olmayıb, onun dərrakəsinə, vicdanına, vətəndaşlıq duyğusuna müraciət etmək mənasızdır: onun duyğuları heyvanidir, dərrakə yerinə – (common sense) praktiki şüur, vicdanı Hitlerin vaxtında itirib. Şpringer mətbuatı bundesbürgeri zombiləşdirir – o özü də zombi olmağa şaddır. İsteblişment əmindir ki, qanunlar onlar üçün yazılmayıb və lazım olanda onları istədiyi kimi dəyişir; zorakılıq hüququ yalnız hökumətdə və hakim siniflərdə var və təbii ki,onlar sıravi vətəndaşların müqavimət göstərmək hüquqlarının olması ilə razı deyillər. 1967 – 1968 – ci illər ərzində Maynhof (yalnız o deyil və bəzən digərlərindən də gec) başa düşür ki, “burjua nümayəndəli demokratiyası” adlı oyunun qaydalarında sol müxalifət üçün qalibiyyət hüququ nəzərdə tutulmayıb. Gərək ya həqiqi müxalifət olmağı dayandırıb əlahəzrətlərin müxalifəti olasan (SDP – nin öz əzəli düşməni olan CDU/CSU ilə koalisiyaya girməklə etdiyi kimi), ya da daimi uğursuz – marginal rol ilə barışasan, ya da SİSTEMin qaydaları ilə oynamağı dayandırasan.
Ulrike sonuncunu seçir. Röl bu addımı atmağa cəsarət etmir və onlar ayrılırlar. 1968 – ci ilin yazında Maynhof Hamburqdan Qərbi Berlinə köçür, jurnalistikadan savayı azad publisistika institutunda dərs deməyə, SWF kanalı üçün “Bambula” adlı televiziya pyesini yazmağa başlayır.
O, etirazlara baxmayaraq, bundestaqın fövqəladə qanunvericiliyi qəbul etməyinə (1968 – ci ilin 30 mayında baş verən), bundan sonra həmçinin onun səyləri ilə yaradılmış parlamentdən kənar müxalifətin ya radikallaşmalı, ya da dağılmalı olduğuna artıq hazır idi. 1968 – ci ilin “gənclik inqilabının” qızğın, əsəbi mühitində, sonsuz mitinqlər, nümayişlər, qiyamlar, diskussiyalar mühitində Maynhof başa düşür ki, yaz – yay inqilabı pikindən sonra düşmən təşəbbüsü əlinə alacaq: ABŞ – da zənci gettolarındakı qiyam qəddarca yatırılır; polis Çikaqo və bütün Amerikada vəhşilik edir; “Qırmızı may” elə də inqilaba gətirib çıxarmır; AFR – də parlamentdən kənar müxalifət çaşqındır və pozulub; amerikalılar Sayqonu əllərində saxlaya bilirlər; İspaniyada tələbə çıxışları yatırılır, Meksikada isə sadəcə güllələnirlər; Belçikada “tələbə inqilabı” hakimiyyət tərəfindən uğurla reformator axara salınır – “azad butafor cəmiyyətinin” yaranmasına; “Praqa yazı” sovet tanklarının tırtılları altında əzilir; Polşada tələbə çıxışları hökumətin antisemitizm kampaniyasına gətirib çıxarır… Tələsmək lazım idi və o tələsirdi: “Konkretlə” ayrılmağa (1969 – cu ildə baş verdi) hazırlaşaraq çoxlu, əsəbi və sərt yazır, ”Bambulanın” çəkilişlərini tezliklə bitirməyə tələsir (film 1970 – ci ilin fevralında bitdi).
Əfsanənin həyatı: əfsanə
1970 – ci ilin 14 martından Ulrike Mariya Maynhofun həyatının sonuncu – qəhrəman dövrü başlayır. Həmin gün o, Frankfurt – Maynda univermaqı yandırdığına görə 3 il müddətinə ittiham edilmiş Andreas Baaderin Qərbi Berlində silahla həbsdən azad olunmasını həyata keçirir. Həmin andan U.Maynhof gizli iş şəraitinə keçir və RAF – ın rəhbərlərindən birinə çevrilir.
O daima gərginlik içərisində yaşamağı öyrənməli olur – müvəffəqiyyətsizlik intizarında, xarici görünüşünü dəyişməyi öyrənmək, bombalar hazırlamaq, gizli şəkildə rəsmi məlumat və vərəqələr çap etmək, daima gizli mənzillər dəyişmək, avtomobillər qaçırmaq, banklar yarmaq, yaddaşı məşq etdirmək (gizli görüşləri, şifrələri, telefonları yadda saxlamaq üçün) , pıçıltı ilə mübahisə etmək. U.Maynhof RAF – ın əsas nəzəriyyəçisinə çevrilir (lakin o dövrün mətnləri – “Gileyanın” nəşr elədiyi məcmuə hüdudlarından kənardadır).
Növbəti 2 il – 1972 – ci ilin 15 iyununa qədər – U.Maynhof bilavasitə RAF – a rəhbərlik edir. RAF – ın kollektiv rəhbərliyi var idi – “antiavtoritarizm” yoluna uyğun olaraq vəzifələr “kim nə bacarır” prinsipi üzrə bölünmüşdü, reallıqda isə ən aktivlər, ən ağıllılar və təşkilatda daha çox mənəvi avtoriteti olanlar rəhbər idilər. RAF – ın “birinci nəslində” 6 belə insan var idi: Ulrike Maynhof, Andreas Baader, Qudrun Enslin, Yan – Karl Raspe, Holger Mayns və Horst Maler. Alman bulvar mətbuatı şəhər partizanlarının diskreditasiyası üzrə sosial sifarişi həyata keçirərək, RAF – ı inadla “Baader – Maynhof qruplaşması” adlandırırdı. İnqilab meyilli gənclik tez “BMW” markalı maşınları “Baader – Meinhof Wagen” (yəni ki,”Baader – Maynhof maşını”: öz aksiyaları üçün RAF – ın üzvləri tərəfindən hədsiz çox sayda “BMW” maşını qaçırılmışdı) şəklində deşifrə edərək yarlıkı yenidən “işğal etdi”.
“Birinci nəsil” RAF kimi çox kiçik bir təşkilat üçün uzunmüddətli xüsusi hazırlıq, (1970 – ci ildə İordaniyada Əl – Fəth düşərgəsində qısamüddət olmaları buna aid deyil, üstəlik orda çox vaxt lazım olanı öyrətmirdilər, məsələn haubitsadan atmaq) kütləvi baza, uzun illərin partizan mübarizəsi ənənəsi, kənardan maliyyə,hərbi və texniki yardım olmadan bu insanlar son dərəcə çox iş gördülər. Sonralar məşhur Ştamhaym məhkəmə işində RAF – ın “birinci nəsil” liderlərinə NATO və bundesverin obyektlərinə, güc strukturları və dövlət orqanlarına, polis, məhkəmə və hakim məmurlara qarşı yönəlmiş 800 – dən çox terror aktı təşkil etmək; 3 milyon mark ekspropriasiya(mənimsəmə); 5 adam öldürmə və 55 sui – qəsdə cəhdlə bağlı ittiham irəli sürüldü.
RAF qarşısına 2 məsələ qoymuşdu. Birinci: “üçüncü dünyadakı” antiimperialist partizan hərəkatlara sözlə yox, əməllə kömək etmək – metropoliyalarda məhdud olsa da əsl gerillaları inkişaf etdirməklə “ikinci cəbhəni” açmaq, imperializmin maddi və hərbi qüvvələrini özünə tərəf çəkmək. İkinci məsələ (birinciyə tabe olan): kapitalizmi özünün əsl, faşist varlığını göstərməyə məcbur etmək, cəmiyyətin gözünü kapitalizmin antihumatist, totalitar xarakterli olduğuna açmaq, ”faşizmi üzə çıxarmaq”. Ona görə də RAF – ın “birinci nəslinin” (1972 – ci ilin “may hücumu”) hərbi kampaniyası ABŞ HHQ – ləri tərəfindən Şimali Vyetnam limanlarının bombalanması və minalanmasına cavab olaraq təşkil olundu.
“May hücumu” ABŞ – a, NATO – ya, AFR isteblişmentinə o qədər pis təsir etdi ki, atlantik strukturlar və Bonn RAF – la mübarizəyə 30 milyon mark ayırdı. Şəhər partizanlarının axtarışına bütün mövcud güc aparatı qüvvələri cəlb olumuşdu, hökumət təcili olaraq RAF üzvlərinin axtarışına 150 min gizli agent (yəni xəbərçi) səfərbər etdi. 1972 – ci ilin 30 mayında dostların, tanışların,birgə işləyənlərin, qohumların (həmçinin həyat yoldaşları,qardaşları,övladları və valideynlərinin) xəbərləməsi ilə AFR – də RAF – la əlaqəli olmaqda şübhəli bilinən 300 – dən çox insan saxlanıldı (saxlanılanlardan heç biri gizli əməliyyatla əlaqəli deyildi və hamısını buraxdılar, lakin bəziləri elə şok keçirdilər ki,xəstəxanaya düşdülər, 2 – si infarktdan öldü). İyunun 1 – i RAF – ın gizli görüşü baş tutmadı, Baader, Raspe və Mayns həbs olundular.Hansıki, Maynhofa növbə 15 iyunda çatacaqdı. O, Langenhagendə (Hannover qəsəbəsində) yerli Müəllimlər İttifaqının sədri və Ulrikenin məktəb dostu olan Frits Rodevaldın mənzilində həbs olundu.
Maynhofu xüsusi olaraq şəhər partizanlarının saxlanılması üçün ayrılmış “Köln – Ossendorf” həbsxanasına yerləşdirirlər. Orda həbs olunanlar üzərində “ölü koridorlar” (“Toten Trakt”) sistemi tətbiq olunur: onu yaradanların fikrinə görə məhbusda sensor aclıq, sensor deprivasiya yaradaraq iradəsini qırmaqla ya istintaqa kömək etməyə məcbur edən, ya da dəli edən total təcrid sistemi. Sonralar RAF üzvlərini xüsusilə onlar üçün tikilmiş “Ştamhaym” türməsinin yeni binasına yığırlar (nə qədər pul töküblər buna!). ”Ştamhaymda” “ölü koridorlar” sistemi mükəmməl hazırlanmışdı, türmənin özü isə tikiləndə elə hesablanmışdı ki, artilleriya ilə dəstəklənən aviadesant alayın hücumuna dözsün (bu artıq paranoyadır!).
1972 – ci ilin dekabrında Ulrikenin “ölü koridorlardan” çıxarılması tələbi ilə siyasi məhbuslar (hələ hamısı yox) aclıq aksiyasına başladılar. Yanvarda onlara məlum olur ki,”ölü koridorlarda” səhhəti hətta Ulrikeninkindən da daha pis olan Astrid Prol adlı daha bir partizan saxlanılır. Aclıq çəkməyə bütün siyası məhbuslar – RAF – ın üzvləri qoşulur. Hökumət onları sudan məhrum edir, aclıq çquru aclığa çevrilir. Çoxunun məhkəməyə qədər, yəni formal olaraq günahları təsdiq edilmədən ölmələri təhlükəsi yaranır. Hökumət geri çəkilir. Maynhofu “ölü koridorlardan” adi, bir adamlıq kameraya köçürürlər, ölüm ayağında olan Astridi isə qorxudan ümumiyyətlə azad edirlər.
1973 – cü ilin 10 sentyabrında siyasi məhbuslar saxlanma şəraitini yüngülləşdirmək məqsədilə ikinci ümumi aclığa başlayırlar. Hökumət yenə də aclıq edənləri sudan məhrum edir, aclıq yenə də quru aclığa çevrilir. O 29 iyuna qədər davam edir, hökumət yenə də geri çəkilir.
1974 – cü ilin 10 sentyabrında, Qərbi Berlində 1970 – ci ildə Baaderi həbsdən azad etməkdə təqsirləndirilən Ulrike Maynhof, Holger Mayns və onların yoldaşları üzərində məhkəmə işi başlayır. Maynhof məhkəmə tribunasını inqilabi təşviqat üçün istifad etməyə çalışır və onda müttəhimləri bütün prosessual hüquqlardan məhrum edirlər, məhkəmə işi qapalı keçirilir, müdafiə olunan tərəfin şahidlərini çağırmaqdan və onları dinləməkdən imtina edilər, müttəhimlər və vəkilləri müşahidəçilərə çevrilirlər. Cavab olaraq RAF üzvləri 13 sentyabr etiraz aclığı etməyə başlayırlar. Lakin Qərbi Berlin Ali məhkəmə palatasının sədri Hünter fon Drenkman fikrindən dönmür. O,açıq şəkildə müttəhimləri “əclaf” və “quduz itlər” adlandırır. 9 noyabrda H.Mayns aclıqdan ölür. Onun nasist konslagerindən çıxmış kimi skeletə bənzər meyitinin şəkilləri qazetlərə düşür. Noyabrın 10 – nu Qərbi Berlin “2 iyun hərəkatının” partizanları Maynsın qisasını onun qatilindən alaraq Drenkmanı edam edirlər. Maynsın dəfn günü baş verən polis isteriyası, kütləvi küçə qarışıqlıqları, ”diffuziya olunmuş müqavimət” mühitində məhkəmə işini tez bağlayırlar. 1974 – cü ilin 24 noyabrında U.Maynhof 8 il həbs cəzası alır. Onu yenə “ölü koridorlar” gözləyir.
Bu arada, 1975 – ci ilin 25 martında RAF üzərində “böyük məhkəmə işinin” (Ştamhaym) başlaması təyin olunur, əsas təqsirləndirilənlər içərisində: Maynhof, Baader, Raspe, Enslin olur. Apreldə var qüvvəsi ilə siyasi məhbusları azad etməyə çalışan “Holger Mayns dəstəsinin” döyüşçüləri AFR – in Stokholmdakı səfirliyini ələ keçirir, səfirliyin 12 işçisini girov götürür və onları 26 dustaq şəhər partizanına dəyişməyi tələb edir. İsveç tərəfin və girovların özlərinin etirazlarına (sonralar burjua təbliğatı psevdopsixoanalitik “Stokholm sindromunu” uyduracaq; heç bir “Stokholm sindromu” yoxdur,sadəcə olaraq əvvəla,partizanlar hər gün girovlar arasında siyasi maarifləndirmə işi aparırdılar, ikincisi də başa salırdılar ki, hücum vaxtı hamı ölə bilər) baxmayaraq Bonn səfirliyə hücum etmək üçün xüsusi dəstə göndərir. Hücum başlayanda partizanların hədələdikləri kimi girovları öldürməyə cəsarətləri çatmır. Yekun: səfirlik geri qaytarılır, 2 diplomat və 1 partizan öldürülür, 30 nəfər yaralanır, aksiyanın rəhbəri Ziqfrid Hausner ağır yaralanır, ”Ştamhayma” gətirilir və tezliklə orda ölür.
Uğur nəticəsində ürəklənən hökumət məhkəmədə özünü sərt aparır (düzdür,fon Drenkman qədər sərt yox: müdafiə olunan tərəfin şahidlərini qəbul etməməyə heç kimin cürəti çatmadı). Müttəhimlərin ölüm ayağında olan 6 məhbusun tibbi müayinəsi tələbini məhkəmə rədd etdi. Müttəhimlər məhkəmə ilə iş birliyindən imtina edirlər. Onları zaldan çıxarırlar, sonra biri qalmaqla şahidləri də çıxarırlar. 85 – ci etirazdan sonra onu da çıxarırlar. Məhkəmə məzhəkəyə çevrilir. Hüquq maşını yalnız müttəhim Katarina Hammerşmidtin ölümündən sonra geri oynayır: hakimləri fon Drenkmanın taleyi qorxudur…
9 may 1976 – cı ildə hökumət elan edir ki, müttəhim Ulrike Mariya Maynhof öz kamerasında asılmış şəkildə tapılıb. Rəsmi versiya: intihar. Bir müddət hökumət tarixləri qarışdırır: gah 8 – i,gah 9 – u ölüb(bu hətta rəsmi sənədlərdə də belədir!). Baxmayaraq ki, Ulrikenin kamerası hər 15 dəqiqədən bir yoxlanılır və hər 2 saatdan bir axtarılırdı. Heç kim elə də onun dörd metr hündürlükdə (sonralar hökumət orqanları utanaraq versiyanı dəyişdi: indi də Ulrike nəfəslikdən asılmış elan olundu) olan tavandakı qarmağa möcüzəvi şəkildə necə çatdığını izah edə bilmədi. İntiharın səbəbini RAF – ın digər üzvləri ilə olan gərgin münasibətlə əlaqələndirdilər. RAF üzvləri özləri isə məhkəmədə bunun yalan olduğunu bildirdilər. Bununla yanaşı U.Maynhof məhz 8 və 9 may intihar edə bilməzdi: RAF üzvləri üçün o günlər bayram idi – 8 may AFR – in rəsmi olaraq nasizmdən qurtuluş günü idi, 9 may Hitler üzərində qələbəni isə bütün sollar bayram edir.
Ulrike Maynhofun dəfni Qərbi Berlində, Mariyendorfda martın 16 – ı oldu. Kilsə onun intihar etdiyini qəbul etməkdən imtina etdi (belə bir məlumat mənbəyi də var: etiraf) və Ulrikeni kilsənin həyətində dəfn etdilər. Tabutun arxasında qara maskalı, qırmızı – qara bayraqlarla və rot – front salamlaşması şəklində sıxılmış yumruqlarla 4 min tələbə gedirdi. Birinci olaraq nitqlə çıxış edən 1970 – ci ildə Baaderin azad olunmasında Ulrike ilə birgə iştirak edən Klaus Vagenbah oldu. O gün Ulrikenin xatirəsinə həsr olunmuş nümayişlər bütün Almaniyada keçirildi. Hamburq, Bremen, Hannover, Kil, Köln, Dortmund və Lübekdə onlar polislə küçə döyüşünə keçdilər. Həmin gün Vena, İnsbruk, Brüssel, Antverpen, Paris, Qrenobl, Lion, Milan, Turin, Roma, Florensiya, Venesiya, Genuya, Bern, Cenevrə, Haaqa, Amsterdam, London, Barselona və hətta Belqradda həmrəylik nümayişləri keçirildi. İspaniya, İtaliya və Fransada AFR – in hökumət və ticari nümayəndəlikləri silahlı hücumlara məruz qaldı. Frankfurtda amerikan hərbi bazasında bomba partladıldı.
Rəsmi olaraq Ulrikedən üz döndərən Renata Rimek nəinki özü dəfnə gəlmədi,heç Ulrikenin qızlarını da ora buraxmadı.
Yan – Karl Raspe məhkəmədə Maynhofun qətlinin təşkilatçısının adını açıqladı: AFR – in baş prokuroru Ziqfrid Bubak. 7 aprel 1977 – ci il Bubak şəhər partizanları tərəfindən edam olunur.
Ulrike Mariya Maynhofun maddi həyatı bu cür bitdi. Qaldı əfsanə.
Qəhvəyi rəngli meşşan bataqlığı
Bu gün cavan U.Maynhofun yaşadığı, yazdığı və mübarizə apardığı şəraitləri təsəvvür etmək elə də asan deyil – son yarım əsrdə AFR əlbəttə ki dəyişib (hər halda, görünüşdə). Bunu etmək AFR – də 90 – cı illərdə və sonralar olan, lakin 50 – ci illərdə bu imkana malik olmayan, yəni müqayisə apara bilməyən oxucularımız üçün xüsusilə çətindir. Həmçinin bizim professorlar və digər akademik “alimlər” 10 ildən çoxdur ki, AFR – i nümunə kimi göstərirlər: orda guya ki, yalnız “iqtisadi möcüzə” həyata keçirilmədi, həm də tez bir vaxtda və uğurla faşizmin öhdəsindən gəldilər, ölkəni nasistlərdən təmizlədilər, tövbə etdilər, keçmişi ittiham etdilər, cinayətkarları cəzalandırdılar və ümumiyyətlə demokratiya və yüksək mədəniyyət nümunəsi oldular. Bizim professorlar və akademik “alimlər” çoxdan satqınlıqları ilə tanınırlar: sovet hökuməti vaxtı ona yaltaqlanırdılar, antisovet vaxtı isə antisovet hökumətə. Belə fahişələr axı necə “nümunəvi” AFR haqqında nağıllar uydurmasınlar? Axı buna görə pul verirlər: Adenauer Fondu, Ebert Fondu, Nauman Fondu… Sovet professorları ilə U.Maynhof kimilər arasındakı fərq də elə bundadır: Ulrike haqqında kitablar yazılacaq, filmlər çəkiləcək, onun yazdıqları tərcümə olunacaq, nəşr olunacaq və yenidən nəşr olunacaq, vaxt gələcək – kapital hakimiyyətindən azad olmuş Almaniyada ona heykəl qoyacaqlar; satqın professorlar isə nifrətdən başqa heç nə oyatmırlar, heç kim onlar haqda kitab yazmayacaq, film çəkməyəcək, onlara heykəl qoymayacaq, qəbirlərinin harda olduğunu isə nəvələri belə unudacaq və xüsusən də onların dəfnlərinin həmrəylik manifestasiyası və küçə döyüşlərinə çevrilməsi mümkün deyil. Fahişə olaraq yaşayıblar – fahişə olaraq da öləcəklər.
Əslində heç nə indi bizim professorların danışdığı kimi olmayıb (tamamilə sovet dövründəki özlərini inkar edərək). Başdan – ayağa nasist keçmişi, pozulmuş denasifikasiyası, yüksək kreslolarına bilavasitə analoji nasist kreslolardan keçmiş siyasi, hərbi və biznes rəhbərliyi olan müharibədən sonrakı AFR əlbəttə ki, heç bir “demokratiya” “nümunəsi” ola bilməzdi. Müharibədən sonrakı Qərbi Alman cəmiyyəti – hədsiz konservativ olan meşşanlar (bundesbürgerlər) cəmiyyəti, müxalifəti qıran, qalanların “beynini yuyan”, onları əhilləşdirən nasist rejimin məhsulu idi.
“Marşal planı” üzrə Amerika pullarına bərpa olunan, get – gedə daha çox istehlak burulğanına girən, az və ya çox profaşist meyilli, “yazılmış standartdan” fəqlənən hər şeyə nifrət edən Adenauer dövrünün meşşan AFR – i, insanlar arasında Hitleri söyən, nahar süfrəsi arxasında isə tərifləməyi tapşıran riyakar qaydaların fəaliyyət göstərdiyi yer idi. Bununla belə, Hitleri hətta açıq şəkildə də tərifləyirdilər (cəzalandırılmayacaqları şərti ilə): 50 – ci illərin sosioloji sorğusunda əhalinin 40% – i nasist diktaturası illərinin “Alman tarixinin ən yaxşı vaxtları” olduğunu deməyə çəkinmirdilər.
Antifaşistlər bu ölkədə qaçaq idilər. Bununla belə, bir qayda olaraq anlamırdılar ki, AFR – in formal demokratik və antifaşist konstitusiyası (U.Maynhof 50 – ci illərin sonu – 60 – cı illərin əvvəllərində onun haqda nə qədər tərifli sətrlər yazmışdı) faşizmlə mübarizə üçün dəstək ola bilməzdi. Onlara elə gəlirdi ki, hakimiyyətdə olan keçmiş nasistləri və birinci növbədə də hərbi cinayətkarları ifşa etmək kifayətdir və hər şey düzələcək. Ona görə də onlar belə ifşalarla məşğul idilər.Şəklin getdikcə daha da kədərli olduğunu dərhal görmədilər: 70 – ci illərin əvvəllərinə onlar 364 min hərbi cinayətkarın (bu şübhəsiz ki,ümumi sayın cüzi hissəsi idi!) günahının sübutunu topladılar, məhkəmə qarşısında (1980 – cı ilə) isə 86 498 nəfər çıxış etdi,onlardan da 6329 – nu mühakimə etdilər, özü də demək olar ki, hamını simvolik müddətə. Nasist hakim – cəlladları ümumiyyətlə heç vaxt mühakimə etməyiblər: Axı onlar “sadəcə o vaxtın qanunları buyurduğu kimi hərəkət ediblər!” Hətta digər ölkələrdə, həmçinin NATO – nun müttəfiqlərində (Fransa, Niderland, Danimarkada) mühakimə olunan hərbi cinayətkarları Qərbi Alman Femidası gizlədir və qoruyurdu.
AFR – in hərbi korpusu demək olar ki, tamamilə hərbi cinayətkarlardan ibarət idi. Onlar özlərini o qədər yaxşı hiss edirdilər ki, hətta K.Adenauerin yaxın dostu bankir R.Pferdmengesin maliyyə dəstəyindən istifadə edən “Qardaşlıq” (“Bruderschaft”) adlı ilk neofaşist təşkilat yaratdılar (AFR hələ rəsmi elan olunmamışdan əvvəl, işğalçı hakimiyyət dövrü).
1950 – ci ilin sentyabrında “Qardaşlıq” o qədər həyasızlaşdı ki, rəsmi olaraq Adenauerdən AFR – in remilitarizasiyasını və “Nürnberq biabırçılığını yumağı” tələb etdi.”Qardaşlığın” rəhbərləri arasında Adenauerin tezliklə bundesverin baş inspektoru təyin etdiyi general Hans Şpeydel var idi. Göründüyü kimi “Qardaşlığ”ın üzvləri arasında 1966 – cı ildə kansler olan K.Q. Kizinger də var idi. Hər halda 1950 – ci ildə AFR – də gözlənilmədən (öz adıyla yaşayırdı, heç gizlənmirdi!) Gebbelsin stats – katibi və mövcud olmayan reyxin “legitim” rəhbəri Verner Nauman peyda olanda ona baş əyməyə digər gizli nasistlərlə yanaşı Kizinger də getmişdi. (Nauman formal olaraq Hitlerin varisi roluna iddia edə bilərdi: Hitler Gebbelsi öz davamçısı təyin etdi, Gebbels isə intihar etməkdən əvvəl – Naumanı; Nauman çox qısa vaxt ərzində bundesverin, CDU və Müstəqil demokratik partiyanın (FDP) yuxarılarını da cəlb etdiyi möhtəşəm sui – qəsd təşkil etdi; 1953 – cü ildə ingilis işğalçı hökuməti tərəfindən həbs olunan sui – qəsdçilər AFR ədliyyəsinə verildilər,o da onları buraxdı).
Baxmayaraq ki, Nürnberq tribunalı üçün artıq alman sənayə sahibi və bankirlərinin – nasist hərbi cinayətkarların böyük siyahısı hazırlanmışdı, demək olar ki,onların hamısı cəzadan qaça bildilər, məhkəmə qarşısında duran və mühakimə olunan az bir qism isə simvolik müddətlə canlarını qurtara bildi, onlar özləri də sonradan əfv olundular. Lakin ən qorxulusu bu deyildi, o idi ki, hərbi cinayətlərdə bir rəhbər yox, milyonlar iştirak edirdi (və bu yalnız vermaxta aid deyildi; məsələn Kruppa zavodlarında sıravi ustalar və mühəndislər əsir “qul qüvvəsi” ilə özlərini sadist və tipik hərbi cinayətkarlar kimi aparırdılar). AFR – ın Qırmızı Xaç kimi “zərərsiz” və “insansevər” təşkilatı nasist cinayətkarları pulla təmin edirdi və digər ölkələrin hüquq mühafizə orqanları tərəfindən axtarılan şəxsləri təhlükə haqda xəbərdar edirdi. Aydın olurdu ki, hansı yüksək rütbəli şəxsə baxırsan – arxasından hərbi və insanlığa qarşı cinayətlər çıxır(yeri gəlmişkən,bunu araşdırmağın özü də təhlükəli idi). Hətta uzun müddət “ləkələnməmiş” reputasiyası olana da yaxından baxdıqda nasist çıxırdı. Belə “alman iqtisadi möcüzəsinin” yaradıcısı Lüdviq Erxard qazdıqda nasist qaulayter Bürkerin iqtisadi məsləhətçisi çıxdı və əvvəlcə yüz minlərlə konsentrasion düşərgələrin məhbusunu ölümcül hala çatdıraraq öz “iqtisadi möcüzəsini” faşistlər üçün hazırlayırdı. Nəhayət, Nürnberq üzrə “cinayətkar təşkilat” kimi qəbul olunan SA və SS – də 4 milyon 450 min adam var idi. Məşhur alman ekzistensialist Karl Yaspersin hesablamalarına görə müharibədən sonrakı AFR – də nasist cinayətlərlə ləkələnməmiş yetkin almanların sayı 500 mindən artıq deyildi – təbii ki, onları da “kənara sıxışdırdılar” və “artıq” elan etdilər.
1965 – ci ildə AFR hökuməti hətta beynəlxalq hüquqa zidd olaraq hərbi cinayətlərin vaxtını 1969 – cu illə məhdudlaşdırmağa hazırlaşırdı. Bundestaq buna getmədi və AFR antifaşistləri bunu özlərinin böyük qələbəsi hesab edirdilər (yalnız U.Maynhof bunun tələ olduğundan şübhələnirdi və haqlı idi: hətta o da bilmirdi ki, keçmiş nasist süründürməçiləri hərbi cinayətləri artıq iki kateqoriyaya ayırıblar: “Totschlag” və “Mord”, “partizanların,gizli fəaliyyət göstərənlərin,sabotajçıların və b.” (bu “və b.” sözünə nəyi gəldi aid etmək olar!) məhv edilməsi yazılan “Totschlagın” vaxtını sakitcə artırdılar.
Belə şəraitdə Osvensimdə minlərlə insanı öldürən 300 sübut olunmuş hərbi cinayətkardan 1965 – ci ildən 1974 – cü ilə qədər keçirilmiş 5 məhkəmə işində Qərbi Alman məhkəməsi 285 – nə bəraət qazandırdı,qalan 15 nəfərdən isə yalnız 6 – sı ölüm hökmü aldı,özü də ki,türmədə ölən birini çıxmaq şərtilə qalan hamısı tezliklə azadlığa buraxıldı.
Kaş ki, bu yalnız hakimlərə, hərbiçilərə və nazirlərə aid olsaydı! Yox: sollar nasist qatilləri durmadan ifşa edirdilər: bundesbürgerlər isə durmadan ifşa olunmuşları bundestaqa və landtaqlara seçirdilər. Leninin sözləri ilə desək faşist – kapitalizmin dəhşətindən vəhşiləşən xırda burjuadır. Lakin çiçəklənən AFR – də bu xırda burjua (vacib deyil ki, formal sosial statusu elə olsun, əsas psixologiyasına görə) antifaşistə yox, məhz faşistə simpatiya duyurdu. Obıvatel – avtoritar şəxsiyyət avtoritetsiz, möhkəm hakimiyyətsiz və stabilliksiz keçinə bilmir, ona görə də nasist diktaturası vaxtı Hitlerin də, Adenauer – Erxard – Kizingerin “nümayişkar demokratiyasının” da dayağı bərabər dərəcədə eyni adamlar olub.Hər şey eynilə Frankfurt məktəbinin yazdığı kimi idi.
Onu da əlavə edək ki, Qərbi Alman hökuməti yaranan kimi bir – birinin ardınca məhz antifaşist təşkilatları qadağan etməyə başladı: nasizm vaxtı təqib olunan Şəxslər Birliyinin arxasınca Demokratik qadın birliyi, Azad alman gəncliyi birliyi, Demokratik Almaniyanın Xalq Cəbhəsi, Kulturbund, Sülh uğrunda vuruşanlar komitəsi də qadağan olunmağa başladı. Almaniya Kommunist Partiyasının qadağan olunmasından sonra növbə onun “törəmə” təşkilatlarına çatdı (həqiqətən də törəmə olanlar və hökumət orqanları tərəfindən belə elan olunanlar). Həmçinin, AFR – in mövcudluğunun başlanğıcında Almaniya Sosialist partiyasını qadağan edərək, sonralar hökumət orqanları sistematik olaraq neofaşist təşkilatları qadağan etməkdən imtina etdilər: sən demə siyasi təşkilatı qadağan etmək fövqəladə tədbirdir və ondan sui – istifadə etmək olmaz.
Bütün bunlar mədəniyyətdəki dəhşətli cahillik ruhu, təntənəli meşşan miskinliyi fonunda idi.Necə ki, bizdə əks – inqilabi xırda burjua stalin rejimi demək olar ki, bütün istedadlıları qırdığına görə bizim əksərən miskin olan “altmışıncılarımız” yoxluqda az qala dahi kimi qəbul olunurdular, eləcə də 50 – ci illərin AFR – inin mədəniyyət səhrasında “Qrup 27 – nin” yazıçıları az qala dahi hesab olunurdular. Adenauerin AFR – inin yüksək mədəniyyətə malik ölkə olduğu haqda cəfəng təəsüratı SSRİ – də yaranmağa başlamışdı: ideoloji baxımdan bizdə məhz proqressiv yazıçıları (xüsusən də həmin “Qrup 47 – dən”) tərcümə və çap edirdilər, eyni vaxtda da tərifləyirdilər və oxucuda belə təsəvvür yaranırdı ki, AFR – in bütün ədəbiyyatı belədir. Lakin vaxt keçdikcə biz təsdiq edə bilərik ki, o nəsil miqyasına görə Mann qardaşları və ya Feyxtvangerə bərabər istedadlar vermədi. Bundan əlavə, onlar heç də AFR – in ədəbiyyat bazarının simasını təyin etmirdi – orda məhz ciddi ədəbiyyat marginal ədəbiyyat idi, əsas kütləni dəhşətli dərəcədə miskin, obivatelə nəzərdə tutlmuş və açıqca konservativ olan “kütləvi ədəbiyyat” təşkil edirdi (AFR – də onu utanaraq “trivial ədəbiyyat” adlandırırdılar).
TV – nin vəziyyəti də biabirçı idi. 70 – ci illərin əvvəllərinə qədər Qərbi Alman kinematoqrafı incəsənət kimi mövcud olmayıb. Əslində, 60 – 70 – ci illərin mədəniyyət sahəsinə qiyamçılar nəsli, U.Maynhof nəsli girməyənə qədər AFR – in mədəni vəziyyəti nasist Almaniyasının mədəni vəziyyətini təkrarlayırdı: klassik musiqi və opera teatrı sahəsində çox yüksək ifaçı sənəti və qalan hər şeydə məyus edici qabiliyyətsizlik.
Proqressiv meylli ziyalıların ADR – ə qaçmaları vəziyyəti ağırlaşdırırdı. Bizə ADR – dən AFR – ə qaçmaq barədə danışmağı sevirdilər, lakin bizim satılmış təbliğatçılarımız əks axının da mövcud olduğunu inkar edirdilər (50 – ci illərin əvvəllərində qarşılaşdırılması mümkün olan bu fakt, 60 – larda isə ADR – dən olan hər 10 qaçağa 1 AFR – dən olan düşürdü), həm də, ADR – ə hətta bundesverin əsgərləri və sərhədçiləri də əllərində silahla qaçırdılar (təbii ki,ADR – dən də AFR – ə). Əksərən ADR – ə qaçmış sol ziyalıların nümayəndələri özlərini “yeni vətəndə” tapa bilmədilər, lakin AFR – in mədəniyyət sahəsi də onlardan məhrum oldu.
Demək olar ki, hamısının nasist keçmişi olan universitet professorları da elə idilər ki, olmasaydılar ondan yaxşı idi (durğunluq dövrü SSRİ – də oxuyanlar məni anlayarlar). Sonralar bir çox titullu “alimlər” 60 – cı illərin qiyamçı tələbələrinə hiddətlənirdilər və onlara “xuliqan” damğası vururdular”: biabırçılıqdır, müəllimləri fitə basırdılar, təhqir edirdilər, tribunaya buraxmırdılar! Tələbələrsə özlərini orta dərəcədə biabırçı aparırdılar: bu akademik faşist alçağı fitə basmaq yox, güllələmək lazım idi. Məşhur Qərbi Alman tarixçi Ernst Nolte tələbələrin azad fikri və hörmətsizliyi ilə o qədər təhqir olunmuşdu ki, AFR – də məhz “marksizm tərəfindən formalaşan” tələbə hərəkatı bazası üzərində “faşizmin formalaşdığını”iddia edirdi! Bu 1986 – cı ildə nasizmi reabilitasiya etmək cəhdi ilə (uğursuz olmayan)“tarixçilərin mübahisəsini”qızışdıran Noltedir. İndi Noltenin kitabları rus dilinə çap olunduğu vaxt hamının nasist Almaniyasının necə yaxşı (hüquqi və s.) dövlət olduğu,həmçinin nasizmin qərb sivilizasiyasını tamamilə dəhşətli, vəhşi, Asiya bolşevizmindən qorumağın yeganə yol olduğunu oxumaq imkanı var (həmçinin də qeydlərdə hiyləgərcə gizlədilmiş, Hitler soyqırımı faktını inkar edən və qaz kameralarında nasistlərin heç kimi qırmadığını, “parazitləri məhv etdiklərini” iddia edən “təftişçilərə” bəraət qazandıran passajları oxumaq). Bugün AFR – də “hörmətli elm” də belə görünür. 50 – ci illərdən nə deyəsən!
50 – 60 – cı illərdə bundesbürger ona öz nasist keçmişini xatırladan hamıya nifrət edirdi – xüsusən də indi bundesbürgerin yeni, sevimli məşğuliyyəti var idi: istehlak. Hətta 60 – cı illərin sonu, 70 – ci illərin əvvəllərində bundesbürger mədəniyyətə heç bir maraq göstərmirdi, yalnız öz ailəsi və işi ilə məşğul idi və özünütəcridə can atırdı: qonaq getmək,qonşudan kömək istəmək qəbul olunmaz idi. Əsas vaxt keçirmə forması: gənclikdə – biraz idman,yetkinlikdə – TV, öz evin, ərazin, işin və ekonomiya. Ən populyar içki olaraq “fürerin içkisi” – pivə qalırdı (ildə adam başına 147 l, eyni vaxtda çay 32 l, süd 94) AFR – in hər 20 sakinindən biri alkoqolik idi.
Onillərlə sollar və yəhudi təşkilatları Düsseldorf universitetinə Q.Heynenin adını vermək üçün mübarizə apardılar – nəticəsiz oldu (aydın məsələdir: Heyne yəhudi və Marksın dostu olub). Heyneni AFR – də böyük tirajlarla çap etmirdilər (və etmirlər), onun əsərlərindən ibarət tam toplu elə də çıxmadı. Doğulduğu evdə onillərlə muzey yaratmaq olmurdu. ”Heyne Fondu” (onun şəxsi kitabxanası və haqqında yazılan kitablar – sadəcə 5 min tomdan yuxarı) yer tapa bilmirdi. Heynenin doğulmasının 175 illiyində Düsseldorf hökuməti ADR – dən onun kitablarının 20 min nüsxəsini almalı oldu.
Belə mühitdə gec və ya tez sənin hələ də dərin faşist ölkəsində yaşadığını başa düşməmək mümkün deyil.
Fövqəladə vəziyyət
Ulrike ömrünün 10 ilini fədakarca fövqəladə qanunvericiliklə mübarizəyə verdi. Məhz bu mübarizədə o, Qərbi Alman “demokratiyasının” necə işlədiyini başa düşdü və bu “demokratiyayla” bağlı illuziyalardan məhrum oldu.
Bundesverin nüvə silahlanmasına qarşı çıxanların bütün iri şəhərlərdə keçirdiyi güclü nümayişlərdən sonra 1958 – ci ildə AFR hökuməti dərk etdi ki, onların qanunvericiliyi “çox demokratikdir” (böyük nümayişlər xüsusən Hamburqda, Düsseldorfda, Kildə, Bremendə, Dortmundda keçirildi). Nüvə silahı əleyhinə hərəkat referendumun keçirilməsinə qadağa qoymaqla bloklandı, lakin CDU/CSU –da qərara gəldilər ki, ümumiyyətlə bütün etirazlara qadağa qoyan və onları ləğv edən mexanizm lazımdır. O vaxtkı Daxili işlər naziri Q.Şröder çox sadə və açıq idi: “Əgər müvafiq tədbirlər görməsək, əsas qanunu deyil, bizi söymək lazımdır…Bu, qanunvericiliyin dəyişdirilməsini ya da konstitusiyaya əlavələr olunmasını tələb edir”. Hökumət dərhal fövqəladə hal haqda ilk qanun layihəsi hazırladı.
Antifaşistlər və sollar diksindilər: birincisi, onlar Veymarın fövqəladə qanunlarının nasist diktaturasının qurulmasında hansı rol oynadığını xatırlayırdılar, ikincisi onlar hesab edirdilər ki, AFR də onsuz da fövqəladə qanun çoxdur.
Fövqəladə qanunvericilik Veymar konstitusiyasının 48 – ci maddəsində nəzərdə tutulub və bu maddə əsasında inqilabçılara qarşı geniş istifadə olunan “fövqəladə məhkəmələr”yaradılmışdı.Məsələn, Bavariyada “fövqəladə məhkəmələr” 1919 – cu ildən 1924 – cü ilə qədər sollara 557 ölüm hökmü çıxardı (ümumi 2209 nəfər ittiham olundu). Bununla belə, Veymar respublikası bu məhkəmələri Kappov qiyamı və Hitlerin “pivə qiyamına” qarşı istifadə etmək istəmədi!
48 – ci maddə Hitlerə hakimiyyətə yol açırdı. Onun əsasında prezident əgər o prezidentin reaksiyon fəaliyyətini dəstəkləmirdisə reyxstaqı buraxırdı (18 iyun 1930 – cu il reyxstaq prezidentin fövqəladə fərmanıyla razılaşmadığına görə buraxıldı; 4 iyul 1932 – ci il fövqəladə fərmanlar seriyasını nəşr etməyi asanlaşdırmaq üçün; 12 sentyabr 1932 – ci il reyxstaqın 4 sentyabr fövqəladə fərmanını ləğv etmək tələbinə cavab olaraq və sonra reyxstaq fon Papenin hökumətinə etimadsızlıq rəyi çıxardıqdan sonra!)
Və başladı: “Respublikanın müdafiəsi və ölkədə asayiş haqqında” qanun (mart 1930) Veymar konstitusiyasının 124 – cü maddəsinə zidd olaraq bir sıra sol təşkilatları (“Qırmızı dənizçilər ittifaqı” və b.) qadağan etməyə imkan verdi, həmçinin heç yerdə izah olunmayan dövləti “söymək”, ”alçaltmaq” kimi məhkəmə qaydası ilə cəzalandırılan anlayışlar daxil etdilər (yəni ki,məhkəmə özbaşınalığı daxil edilirdi). 28 mart 1931 – ci ilin fövqəladə qanunu polisə əgər yığıncaqların “ictimai təhlükəsizlik və asayişə” zərər verəcəyi şübhəsi varsa,bu yığıncaqları qadağan etməyə imkan verdi (əlbəttə ki,nasistlərə bu qanun aid edilmirdi). 3 may 1932 – ci ilin “Allahsız kommunist təşkilatların ləğv olunması haqda” fövqəladə qanun ateistlər birliyinin fəaliyyətini qadağan etdi.”Silahdan sui – istifadəyə qarşı” qanun (mart 1931 – ci il) işçilərin özlərini müdafiə dəstələrinə qarşı yönəldilmişdi (bu qanuna görə istənilən əşya – özünü qorumaq üçün istifadə olunan palto da silah hesab olunurdu). 8 dekabr 1931 – ci ilin Gindenburq – fon Papen fərmanına görə siyasi motivlər üzrə polisi,hərbiçini öldürənlərə və ya “bu işdə yardım edən şəxslərlərə” ölüm hökmü çıxarılmasını tətbiq etdi (o vaxtlar adam öldürməyə görə olan maksimal cəza ömürlük həbs idi).Təbii ki, nasistlərə qarşı bu qanun bir dəfə də olsun tətbiq olunmayıb.
1951 – ci ildə Konstitusiyanın 101 – ci maddəsini pozaraq AFR – də siyasi məhkəmələr sistemi yaradıldı (onlar “kommunist təbliğat” və başqa işləri araşdırırdılar). Bu məhkəmələr müttəhimlərin hüquqlarını kəskin məhdudlaşdırdı (məsələn,məhkəmələr aprior vəziyyəti əldə rəhbər tuturdular ki, AFR hökumət orqanlarının fəaliyyəti şübhəsiz ki, konstitusiyadan ayrıla bilməz,müttəhimin öz konstitusiyion hüquqlarını həyat keçirdiyini və ya konstitusiyanın müdafiəsi üçün fəaliyyət göstərdiyini sübut eləmək cəhdi lap əvvəldən rədd edilirdi). Siyasi məhkəmələr təcrübəyə “şahid ifadəsi” qismində anonim mənbələrin (yəni ki,iclasda iştirak etməyən xüsusi xidmət orqanları və gizli agentlərin) məlumatlarını daxil etdilər. Müttəhimlər açıq məhkəmə iclasında bu “sübutları” inkar edə, “şahidlərə” sual verə bilməzdilər.
1953 – cü ilində yığıncaqlar haqqında qanunu yığıncaq və manifestasiya hüquqlarını məhdudlaşdırdı. Cinayət hüququnun dəyişdirilməsi ilə bağlı dördüncü qanun (1957 – ci il) AFR – in remilitarizasiyasına qarşı olan şifahi və ya yazılı çıxışlara cinayət məsuliyyəti tətbiq etdi. Ona görə də, hökumət həmçinin total, dəqiq işlənmiş fövqəladə qanun tətbiq etmək qərarına gələndə dərhal etiraz hərəkatları yarandı.
Fövqəladə qanunlara qarşı mübarizəyə Kuratorium başçılıq edirdi,onun heyətinə Nobel mükafatı laureatı Maks Born, məşhur alimlər Volfhanq Abendrot, Frits Baade, Yurgen Zeyfert, Helmut Ridder, ”HEVERKSCHAFTLİCHTE MONATSCHEFTE” həmkarlar nəşriyyatının baş redaktoru professor Valter Fabian, ”Frankfurter rundschau”nun baş redaktorunun müavini professor Ervin Şeyx daxil idilər. Elə fövqəladə qanuna qarşı mübarizə ətrafında 60 – cı illərin parlamentdən kənar müxalifəti formalaşmağa başladı: SDS, Alman Həmkarlar Birliyi (DGB),CSU, ”Müstəqil Sosialistlər Birliyi”, Sosialist İttifaq, ”Sosialist müxalifətin işçi həmrəyliyi”, ”Gənc sosialistlər”, ”Şahinlər” sosial – demokratik gəncliyi, Almaniya liberal tələbələr ittifaqı, Almaniya tələbələr ittifaqı, ”Almanlar ittifaqı”, ”Alman sülh ittifaqı”, ”Demokratik fəaliyyət”, ”İnsan hüquqları uğrunda mübarizə liqası”, ”Frankfurt dairəsi”, sonra da antihərbi təşkilatlar – “Silahsızlaşdırma uğrunda kamaniya”, hərbi xidmətə qarşı olanlar Kuratoriumu, Alman sülh cəmiyyəti, ”Vyetnam üzrə büro”, ”Demokratiya təhlükədədir” kampaniyası… 1959 – cu ilə qədər (Qodenberq proqramı qəbul olunana qədər) SDP fövqəladə qanunvericiliyə qarşı kəskin çıxış edirdi, sonra isə öz müttəfiqlərini satdı. Lakin SDP – yə yönələn DGB sosial – demokratların təzyiqlərinə baxmayaraq, öz mövqeyini dəyişmədi. Bundan əlavə, 1963 – cü ildə Düsseldorfda DGB – nin Fövqəladə qurultayında fövqəladə qanunvericiliyə qarşı olan istiqaməti təsdiqləndi.
AFR hökumətini belə dost münasibət çaşdırmışdı – müəyyən vaxta qədər (fövqəladə qanunvericilik bundestaqda əlləşdiyi müddətdə) öz istəklərinə gözə çarpmadan, kiçik addımlarla nail olmağı üstün tuturdular. Belə,1960 – cı ildə Hərbi itaət haqda qanuna əlavələr olunandan sonra hakimiyyət sülh vaxtı ümumi səfərbərlik keçirmək hüququ aldı (həm də parlamentin razılığı olmadan). 1961 – ci ilin “Poçtla göndərilmələr haqqında” qanunu perlustrasiyanı leqallaşdırdı. Ölkədə tədricən nasist qanunvericilik bərpa olundu. Cinayət hüququnun dəyişdirilməsi haqqında birinci qanun,1934 – cü il 20 aprel dövlətə xəyanət və ölkə təhlükəsizliyinə qəsd etmək haqqında nasist qanununu bərpa etdi. Cinayət hüququnun dəyişdirilməsi haqqında dördüncü qanun, ”Dövlətin və partiyanın xəyanətkar qəsdlərdən müdafiəsi haqqında” 20 dekabr 1934 – cü il qanununun normalarını təkrar etdi.
Siyasi məhkəmələr onları qane etməyən vəkilləri, yəni siyasi görüşləri “normaya” uyğun olmayanları işdən kənarlaşdırmaq təcrübəsini tətbiq etdilər (belə vəkillər Federal məhkəmənin xüsusi siyasi senatında rəsmi şəkildə “lazımi müstəqilliyi itirmiş” elan olunurdular). Bütün bunlar həm konstitusiyanın, həm də CPK – nın pozulması ilə edilirdi (çünki belə çıxırdı ki, Xüsusi siyasi senat qanunvericilik funksiyasını öz üzərinə götürürdü). Hətta vəkili kənarlaşdırmadıqda belə, siyasi məhkəmədə onun hüquqları məhdudlaşdırılırdı: işin bütün materiallarını vermirdilər, materialların surətini çıxarmağa imkan vermirdilər və s.
Cinayət hüququnun dəyişdirilməsi haqqında səkkizinci qanun (1967 – ci ildə qəbul olunub) “vətənə xəyanət” anlayışını “AFR – ə təhlükə yarada bilən istənilən fəaliyyətə” qədər genişləndirdi. Faktiki olaraq, bu, məhkəmə özbaşınalığının tətbiq olunması idi: hakimin, məsələn, hansısa tətili “AFR üçün təhlükəli” hesab etməyi kifayət idi ki, tətilçilər “vətən xaini” olsunlar.
30 may 1968 – ci il fövqəladə qanunvericilik qəbul olunandan sonra bütün bəndləri qırdı. 9 iyulda 18 yaşdan 65 yaşa qədər bütün kişilərə və 18 yaşdan 55 yaşa qədər bütün qadınlara aid olan və yalnız müharibə vaxtı deyil, həm də “gərginlik vaxtı” məcburi əmək nəzərdə tutan “Əmək tabeçiliyi haqqında” qanun qəbul olundu (qanun yüksək rütbəli şəxslərə, hakimlərə, incil və katolik kilsə keşişlərinə aid edilmirdi). 24 iyulda konstitusiyanı fövqəladə qanunvericiliyə uyğunlaşdırmaq üçün ona düz 17 düzəliş olundu. Xüsusilə də Əsas qanuna, müharibə olarsa, “müdafiə vəziyyəti” və fövqəladə hallarda hakimiyyətin parlamentdən səs çoxluğu ilə (yəni ki,sadəcə 17 səslə) istədiyini edə bilən 33 nəfərdən ibarət “Ümumi komitəyə” (Gemeinsamen Ausschuß) keçəcəyini müəyyən edən X bölmə daxil edildi: lazım gələrsə, kanslerə etiqadsızlıq bəyanatı, lazım gələrsə, bütün ölkəni konsentrasiyon düşərgəyə çevirmək. Həm də, Ümumi komitənin qəbul etdiyi qanunlar “müdafiə vəziyyəti” qurtardıqdan sonra 6 ay müddətində keçərlidir. 13 avqustda “Gizli yazışmaların, poçt, teleqraf və telefon əlaqələrinin məhdudlaşdırılması haqqında” qanun qəbul olundu. Nəhayət, 1968 – ci ildə Hitlerin 28 may 1935 – ci ildə qəbul etdiyi “preventiv həbs düşərgələri formasında” preventiv həbs və həbs düşərgələrinin yenidən bərpası haqqında qanunu bərpa olundu (fövqəladə vəziyyət olarsa).
Ona görə də Ulrike və yoldaşları nə uğrunda mübarizə apardıqlarını bilirdilər. Təsadüfi deyil ki, fövqəladə qanunvericiliyə qarşı mitinq və nümayişlər 1968 – ci ilin bütün may ayı boyu davam etdi, bundestaqın qərarına cavab olaraq Boxum, Manheym, Köln, Nürnberq, Duysburq, Münhen və başqa şəhərlərdə qarşısıalınmaz tətillər başladı. Ümumi siyasi tətil ilə hədə – qorxu gələn DGB – nin sosial – demokrat rəhbərliyi isə öz hədələrini həyata keçirmədi – belə ki, bu, “parlament demokratiyasının prinsiplərinə zidd idi”. Fövqəladə qanunvericiliyə qarşı olanların sonuncu və ən güclü silahları elə də istifadə olunmadı.
Lakin bundan da əvvəl, parlamentdən kənar müxalifətin 11 may “ulduz marşından” dərhal sonra Ulrike artıq bu müxalifətin səhv addın atdığını dərk edir və yazır: biz çox sadəlövh olmuşuq və siyasi cəhətdən kifayət qədər savadlı olmamışıq, biz burjua hakimiyyəti ilə mübarizə aparmaq əvəzinə burjua konstitusiyasını burjuadan müdafiə edirdik, bu taktika məğlubiyyətə məhkumdur.
Buna baxmayaraq, onların nəyə qarşı və niyə mübarizə apardıqları məlum idi: həqiqətən də, fövqəladə qanunvericilik olmasaydı, 70 – ci illərdə 140 nəfərin öldüyü (onlardan 5 ya da 7 nəfəri gizli fəaliyyətlə məşğul idi) “güllələnmə halayı” olmayacaqdı; 1974 – cü ildə vəkilin ilkin istintaqda, ekspert və şahidlərin sorğu – sualında iştirakını qadağan edən və müdafiə tərəfi ilə müdafiə olunanın bütün söhbətini polis orqanlarının birbaşa nəzarətində saxlayan CPK dəyişiklikləri olmayacaqdı; 7 min nəfərin qovulduğu və 3 milyonun alçaldıcı “etimadsızlıq rəyi” ilə üzləşdiyi “peşə qadağası” olmayacaqdı; tamamilə faşist ruhlu olan “alman payızı” olmayacaqdı (1977 – ci ildə RAF “simpatizanlarının” təqibi); Brokdorfda AES tikilməsinə qarşı nümayişlərdə 70 min insanın vəhşicəsinə döyülməyi olmayacaqdı; 1982 – ci il Baden – Vürtemberq vilayətində nümayişçilərə asayişi qoruyan (və qovan,əgər baş versə) polislərin nümayiş vaxtı olan xərclərini ödəməyi boyunlarına qoyan abırsız qanun olmayacaqdı.
Və bütün bunlar “çoxdan keçmiş günlərin əməlləri” deyil. İndi bizim ölkəmiz üçün bu mövzu və bu təcrübə ən aktualdır. Axı məhz Bizdə “Siyasi ekstremizmə mane olma haqqında” ağılsız qanun qəbul olundu və elə ifadə olundu ki, oraya istənilən siyasi və ictimai təşkilatı aid etmək olar. Axı məhz bizdə terrorizmlə əlaqadə şübhəli bilinən birini 30 sutkaya qədər həbsdə saxlamaq mümkün olan qanun qəbul olundu (30 sutka ərzində məharətlə döyülsə, ondan istənilən etirafı zor gücüylə almaq olar: onun Usama bin Ladin olduğunu da, prezident Kennedini güllələdiyini də, Lesoto Krallığı kəşfiyyatına ana vətəni satdığını da, Andromeda dumanlığından olan xain xərçəng – hörümçəklərin casusu olduğunu da). Və məhz bizdə çox yaxında mitinq və nümayişləri hökumətin ona fikir verəcəyi yeganə yerdə – yol və körpülərdə keçirilməsini qadağan edən qanun qəbul olunacaq…
Faşizm reyxstaqın yandırılmasından başlanmır. Faşizm bu yanğını cazibəli edən qanunvericiliyin qəbul olunması ilə başlayır.
Siyasi mütəfəkkir
Hətta U.Maynhofun yazıları yalnız tarixi dəyər daşısaydı belə, bilavasitə 50 – 70 – ci illərin AFR – i haqda həqiqəti bilmək üçün onları nəşr etmək lazım idi (yoxsa Adenauer və Nauman fondlarının səyləri nəticəsində bizim ölkədə o vaxtkı AFR – i hamı “yerdəki cənnət” sanacaq). Lakin Maynhofun məqalələri həm də siyasi mütəfəkkirin, siyasi filosofun, politoloqun yazıları kimi də dəyərlidir, özü də reallığa uyğun olmayan sxemlər düzəldən kabinet alimi kimi yox, birbaşa siyasi mübarizəyə cəlb olunmuş, onu daxildən müşahidə edən və şəxsən siyasi prosesə təsir edən bir adam kimi.
Bizim ölkədə təəssüf ki, siyasi elm 2 kateqoriyadan olan xadimlərlə təqdim olunub: bir qismi (əksərən “Sov.İKP tarixi” və “elmi kommunizmdən” dərs deyən köhnə müəllimlər) heç nə başa düşmədikləri mövzular üzrə cansıxıcı mühazirələri cansıxıcı şəkildə oxumaqla və yaxından baxdıqda qərb kolleqalarının pis başa düşdükləri və pis qavradıqları yazılarını pis şəkildə şərh edən məqalələr yazmaqla məşğuldurlar; digərləri hansısa fondlara qoşularaq, əksərən Kremldəki gizli mübarizəni izləyirlər. Daima TV – də görünən, əvvəllər Karnegi Mərkəzinin səxavətiylə bəslənən, indi isə hər çıxışda prezidentin dəyişməz müdrikliyini tərifləyən “politoloq” Sergey Markovu xatırlamaq kifayətdir.
Öz məqalələrində ciddi nəzəri işə iddialı olmayan U.Maynhofun bu “politoloqlardan” nə qədər yüksəkdə olduğunu bir neçə misalda göstərmək olar.
“İnsan ləyaqəti” məqaləsində Ulrike məşhur avstriyalı futuroloq R.Yunqkun (bizim oxuculara o, çoxlu sayda təkrarən nəşr olunan “Min günəşdən daha parlaq” kitabı ilə daha çox tanışdır) ardınca demokratiya və nüvə silahının bir araya sığmadığını təsdiqləyir. Niyə? Bu aydındır: çünki nüvə silahıyla bağlı icraçı hökumət sərəncam verir (1 adam hüdudunda), bu silah isə bütün dünyanı məhv edə bilər. Əgər bir adam bütün dünyanı məhv edə bilərsə, demokratiyadan (yəni xalq hakimiyyətindən) danışmaq absurddur: nüvə silahına malik bir adam əlbəttə ki,bütün xalqdan daha çox hakimiyyətə malikdir. Lakin Maynhof bir az da irəli gedir: o belə qənaətə gəlir ki, prinsipcə nüvə silahının peyda olduğu andan əsl demokratiyanın müharibə və zorakılıqla uyğunlaşdırılması mümkün deyil. Əgər müharibə və zorakılıq artıq varsa, artıq əmri verilibsə, demokratiya haqqında söhbətlər demaqogiyaya çevrilir. Demokratiya istəyirsinizsə, müharibəni məhv edin, zorakılığı məhv edin. Lakin aqressoru yalnız güc yolu ilə cilovlamaq olar. Ergo:demokratiya yalnız müharibə və zorakılıq olmayanda (yəni ki,elə leqal zorakılıq aləti kimi dövlət də) mümkün olacaq. O vaxta qədər isə əgər siz demokratsınızsa, kombatant olmalısınız.
Çətin ki, bizim “politoloqlardan” kiminsə belə nəticə çıxarmağa intellekti çatsın (ya da cəsarəti).
Ya da “Kimə qarşı?” məqaləsi. Hazırlanan qanunlar kimə qarşı yönəlib? – Ulrike soruşur. Bizim “politoloqlar” əlbəttə ki, belə nəticə çıxarırlar ki, qanunlar “cəmiyyətin həyatını tənzimləyir” (yəni, funksional və ya hətta altruistik xarakter daşıyır). Ən yaxşı halda onlara sovet ali məktəblərində nə öyrədildiyini yada salsaq, onlar deyəcəklər ki, qanunlar sosial, mülki, sinfi maraqları ifadə edir. Maynhof isə bilir ki, hər bir qanun: mütləq yalnız kiminsə müdafiəsi (kiminsə maraqları üçün) üçün yox,həm də kiməsə qarşı (kiminsə maraqları üçün) yönəldilib. Bizim “politoloqlarda” indi alman Niklas Luman çox dəbdədir. Dəhşətli dərəcədə ifadəsiz dildə yazan funksionalist Luman deyir ki, əsasən o sistem yaxşıdır ki, düzələcək şəkildə işləyir. Vəssalam. Bəs axı ən düzələcək şəkildə işləyən nasist sistemi idi: sovet qoşunları artıq Oderdə dayanmışdılar, müttəfiqlər isə Reyndə, reyxdə isə ideal qayda – qanun hökm sürür və hətta sənaye istehsalının yüksəlişi davam edirdi! Əclaf Luman öz mühakimələri ilə nasizmi gizlicə reabilitasiya edirdi (E.Noltenin öz mühakimələri ilə etdiyi kimi), bizim axmaq “politoloqlar” isə onu öyrənir və təbliğatını aparırlar. Ulrike isə “sadə” bir sual verir: kimə qarşı? Möhtəşəm şəkildə işləyən sistem kimə qarşı yönəlib? Bu sual verilən andan lumanianlıq bir quruşa dəyməz.
“Fövqəladə qanunvericiliyə qarşı mübarizə – sinfi mübarizə” məqaləsində U.Maynhof qəzetdə olan yeganə bir cümlədən burjua “nümayəndəli demokratiyanın” siyasi sistemini yenidən qurur: “xalqın seçdikləri” heç bir şəkildə xalqdan asılı deyillər. Bəs o zaman bu niyə demokratiyadır? (Bununla belə K.Yaspersin haqqını vermək lazımdır, o, Ulrikedən əvvəl buna nəzər yetirdi və suala cavab verdi: AFR – in siyasi quruluşu demokratiya yox, “partiyaların oliqarxiyasıdır”).
“Yanlış şüur” məqaləsində Ulrike çox dəqiq şəkildə sübut edir: qadının qurtuluşu yalnız onun sosial, sinfi bərabərsizlikdən qurtuluşu ilə mümkün ola bilər, cinsi bərabərsizliyindən qurtuluşu ilə deyil (yəni, kişi ilə birlikdə qurtuluş, bütün cəmiyyətlə birlikdə qurtuluş). “Cinsi bərabərlik” əzilmişlərin bir kateqoriyasından o birinə keçiddən başqa bir şey deyil. Bu tezisi sonralar qərbi alman radikal feministləri yüz dəfə təkrarladılar (ümumiyyətlə onlar məqaləni sitatlara böldülər) – “dəhşətli Ulrikeyə” istinad etməyərək, yəni ki, ondan oğurlayaraq. Lakin bunu artıq 90 – cı illərdə etdilər. Ulrike isə məqaləni 35 il əvvəl yazmışdı. Amerikan feministləri isə Maynhofun yaradıcı irsi ilə tanış olmadıqlarına görə, onun haqlı olduğunu yalnız indi, öz formal “qələbələrindən” sonra dərk etdilər.
Məhz bu cür “Vyetnam və almanlar” məqaləsindən məlum olur ki, Maynhof, “soyuq müharibənin” (onun Vyetnamdakı “qaynar cinahı” misalında olsa da) “dünya müharibəsi”, yəni III Dünya müharibəsi olduğunu başa düşür. Və bunu subkomandante Markosdan 30 il əvvəl başa düşürdü.
Və nəhayət sonuncu. RAF – ın fəaliyyətini daha çox mənəvi mövqedən pisləyirlər. Baxmayaraq ki, çoxdan məlumdur ki, mənəviyyatdan danışmağı sevənlər mənəviyyatla yola getmirlər (elə ona görə də daima mənəviyyatdan danışırlar). Bu arada mənəviyyat və siyasət bir – biriylə heç cür əlaqəli deyil. Bunlar iki tamamilə ayrı, bir – birilə əlaqəli olmayan insan fəaliyyəti sferalarıdır, üzvi sintez və şeir sənəti kimi. Əlbəttə ki, bir adam həm şeir sənəti, həm də üzvi sintezlə məşğul ola bilər, lakin bununla üzvi sintez və şer sənəti bir – birinə təsir etməyə başlamır.
Siyasət və mənəviyyat da eyni şəkildə. Lakin siyasətin mənəviyyatlı olduğu yeganə bir hal var: bu, siyasətə ədalət anlayışı əlavə etməkdir (şəxsi ya da sosial olmağı vacib deyil). Feodal B. feodal A. – nın qardaşının mülkünü dağıtdıqda A. – nın B. – yə hücumunda (o min dəfə daha güclü olsa da) feodal A. – nı hərəkətə təhrik edən ədalət duyğusudur. Əzilən əzəni öldürəndə onu ədalət duyğusu idarə edir. Maynhofun “Napalm və pudinq” və “Su nasosu. Həmçinin qadınlara qarşı” məqalələrində məhz bu haqda yazılıb: burjua “mənəviyyatçılarınım” özlərinə və Sistemə qarşı olan istənilən, lap karnaval zorakılığı olsa belə mühakimə etməyə hazır olduqları, lakin bununla bərabər, bütöv bir xalqın soyqırımına ya da müxalifətə divan tutmalarına sofistik fəndlərlə necə bəraət qazandırdıqları haqda. Bu arada, inqilabi zorakılıq – həmişə cavab zorakılığıdır. Onun mənəvi bəraətə ehtiyacı yoxdur, necə ki, istənilən cəza mənəvi bəraətə ehtiyac duymur. Cəza – ədalət hüququnun reallaşmasıdır; onun mənəvi bəraəti elə özündədir.
Bu gün
Əgər söhbət siyasi fəaliyyətdən gedirsə, sualdan və onun nəticələrindən yayınmaq olmaz. Beləliklə, U.Maynhof və onun həmfikirlərinin fəaliyyəti AFR – ə necə təsir etdi? Sən demə,çox güclü şəkildə.
Birincisi, onlar “sol hərəkatda” kimin nə dəyəri olduğunu göstərdilər. Bu hərəkatda gurultulu sözlər deyən, lakin ilk repressiya təhlükəsi olan kimi qorxan nə qədər inqilabi boşboğaz və qorxağın olduğunu göstərdilər. İkincisi, 60 – cı illərin Almaniyasında hər şeyə baxmayaraq, insani keyfiyyətlərinə görə yaxşı olan nə qədər döyüşçülərin olduğunu gğstrədilər: xatırladım ki, AFR hökuməti elə də RAF – ı dağıda bilmədi, təşkilat beş nəsil dəyişərək 1998 – ci ilin aprelində dünyadakı vəziyyətin total dəyişməsi ilə əlaqədar olaraq silahlı mübarizəni dayandırdıqları haqda gizli yerlərindən bəyanat verdilər. Burdan nəticə çıxır: müasir kapitalist dövlət “şəhər gerillasını” məhdudlaşdıra bilsə də, ləğv edə bilməz.
Üçüncüsü, Qərbi Alman dövləti “şəhər gerillasından” nəticə çıxardı və dəyişmək məcburiyyətində qaldı: əgər əvvəllər o müxalifətlə sadəcə olaraq danışmırdısa, sonra isə dəyənəklə danışırdısa, indi o müxalifətə dözür, onunla dialoqa girir (çox vaxt formal olsa da), mübahisə edir. Mən bir neçə il əvvəl Berlində bunun necə göründüyünün şahidi oldum: ksenofobiya üzrə konfransda mühüm professorlar qaşqabaqlı sifətlərlə, nasistlərə müqavimətin “aşağı” təcrübəsinin niyə təbliğ olunmadığı və ADR – in antifaşist ənənəsi haqda niyə danışılmadığı kimi xoşagəlməz suallar verən gənc pank görünüşlü antifaşistləri dinləmək məcburiyyətində idilər. Professorlar ağız büzürdülər, mənalı şəkildə baxışırdılar (xüsusilə ADR sözü deyiləndə), lakin dözürdülər.
İsteblişment öyrəndi: onlara dözmək, onları gerilla həddinə çatdırmaq və hədəfə çevirməkdən yaxşıdır.
Analoji şəkildə bu günkü AFR – də müxalifət onun üçün xüsusi hazırlanmış gettoya sıxışdırılıb (kifayət qədər rahat) və təhlükəsiz hala gətirilib.
Bununla nəsə yaxşılaşdımı? Düşünürəm ki, yox. Bu isə artıq dövlətin başqa taktikasıdır. Bununla belə,onu da nəzərə almaq lazımdır ki, AFR – in 50 – 60 – cı illərdə simasını müəyyən edən yaşlı nasist kardlar sadəcə olaraq ölüblər. Bu gün hakimiyyətdə “68 – lərin nəslidir” (təkcə şəhər partizanlarına kömək edən, sonra daxili işlər naziri olan Yoşka Fişer nəyə desən dəyər!) və baxmayaraq ki, o bundesbürgerlərə çevriliblər, onalr başqa həyat təcrübəsinə malik bundesbürgerlərdir.
Qərbi Almaniya bujua dövləti daha hiyləgər oldu. 70 – ci illərin sonu, 80 – cı illərin əvvəllərində o kiçik neonasist qrupları həvəsləndirməyə başladı və onları sayını artırdı. Niyyətləri düz çıxdı: bu qruplar sol müxalifətin diqqətini özünə çəkdi. İndi ultrasollar ultrasağlarla mübarizə aparırlar və əsas düşmən olan kapitalizm, burjua dövləti haqda unudublar. RAF – ın misalında antifaşistlər “iki, üç, çoxlu Vyetnam” yaratmaq üçün dünya imperializminin düşməni yerinə əl qaldırırdılar. Bu günkü “Antifa” yerli hökumətdən yarı içkili faşist axmaqların mikroskopik qruplarını qadağan etməsinə nail olmağı arzulayır.
Və Rusiya haqda. Maynhofun kitabı hələ yalnız vəd edilmişdi, ”Kitab icmalının” səhifələrində isə ona cavabdeh katib A.Royfe xəbər nəşr etməyə tələsirdi: budur,”Gileyanın” ekstremizmlə mübarizəyə “gücü çatan əmanəti”. Faddey Bulqarinin şöhrəti ona rahatlıq vermir. Valideynləri ona uşaq vaxtı “xəbərçilik etməyin” pis olduğunu başa salmayıblar.
Lakin Royfe bununla kifayətlənmədi və xəbərçiliyinə nəzəri bəraət qazandırmaq üçün çıxış etdi: “Sol təzyiqə” həqiqətən nəyin qarşı durduğunu” və gələcəkdə “nəyin qarşı duracağını başa düşmək çox vacibdir”. Söhbət “mental sahə” uğrunda rəqabətdən gedir – bu ədəbiyyat lebensraum`u. Axı sollar təsadüfən hərəkətə başlamadılar: bütün postsovet illəri boyu ədəbiyyat hakimiyyətinin sükanını əlində saxlayanlar rus oxucusuna elə də həyat qabiliyyətinə malik bir şey təqdim edə bilmədilər. Qəzetlərdəki “ədəbiyyat tənəzzülü” haqqında cancıxıcı diskussiyalar da, mükafat barteri də (bu gün sən məni mükafatlandırırsan, sabah mən səni), “qalın” jurnalların tirajlarının artıq qalxmayacaq dərəcədə fatal enişi də bununla əlaqəlidir. Bütün bunlar ona görədir ki, keçmişin insan ruhu mühəndisləri heç cür nəticə çıxarmırlar: öyrətmək qurtardı, komediya başladı. Ədəbiyyat şou – biznesə çevrildi və onun bir vəzifəsi var – əyləndirmək. Əvvəlki onillikdə yaxşı romanlar olub – “General və onun qoşunu”, “Küləyin qəbrinə çələng”, “Köhnə pilləkənlər üzərinə qaranlıq çökür”… “Nüfuzlu” mükafatlar alırdılar, yaxşı mətbuata malik idilər, ayrı – ayrı kitablar şəklində nəşr olunurdular. İndi isə küçəyə çıx və yoldan keçən birindən bu kitablardan istənilən biri haqda soruş – aydın bir cavab almayacaqsan. Marininanı isə tanıyırlar! Akunini də tanıyırlar!
Məhz kütləvi mədəniyyət, bütünlüklə konservativ dəyərlər (Allah, ailə,mülkiyyət, vətənpərvərlik – ixtiyari qaydada) üzərində duran dürüst, qatqısız kütləvi mədəniyyət bu gün sollarla vətəndaşların zəkaları uğrunda mübarizə aparır. Onların fəlsəfələri fərqlidir: kütləvi mədəniyyət müəllifləri hazırkı həyatı düzəltməyə çalışırlar, sollara isə onu tamamilə məhv etmək lazımdır… Deyəsən kimə böyük sarsıntının, kimə böyük Rusiyanın lazım olduğu aydındır.
İnsanın belə açıq və birbaşa yazmağı yaxşıdır. ”Allah, ailə, mülkiyyət, vətənpərvərlik” – istənilən faşist bunun altından qol çəkər. “Kütləvi mədəniyyət” əsl, “yüksək” mədəniyyətə qarşı – bu ki, Şpringerdir! Böyük Rusiya… Böyük Almaniya… Ein Reich, ein Volk, ein Führer…Sizə daha necə sübut etmək lazımdır ki, Maynhofun kitabını təcili nəşr etmək lazımdır?
22 aprel – 31 oktyabr 2004
Tərcümə: Elmira Quliyeva